NARGIS
Ru En
NARGIS MAGAZINE
Lüks

Al Messila, a Luxury Collection Resort & Spa, Doha: Qətərdə əsl sağlamlıq oazisi və dəbdəbəsi

Səhranın heyrətamiz qumları və Doha şəhərinin parlaq enerjisi arasında yerləşən, Al Mesilla Luxury Collection Resort & Spa hoteli, Qətərin ilk Luxuty Collection hoteli kimi qonaqlara qapılarını açır. Bu prestijli 5 ulduzlu hotel, şəxsi sarayda yerləşir. Füsünkar ətirli gül bağçaları ilə əhatə olunub, gerçək bir xəzinə olan otelimiz, sizə əsl yaşıl oazis təklif edir.

Al Mesilla Resort & Spa hoteli Hamad Beynəlxalq Hamad aeroportundan 25 dəqiqəlik məsafədə strateji əlverişli ərazidə yerləşmişdir. Hotel Qətərdə “The Destination Authority” kimi qəbul edilmiş və regionun təbii mirasını qorumağa çalışmışdır. “Al Mesilla” adı ərəb dilindən tərcümədə “suyun axdığı yer” deməkdir. Adından da göründüyü kimi hotel, əyalətin zəngin tarixinə, bir zamanlar, yerli floranın, Lauz – hindi, akasiya, sidra və mimoza kimi bitkilərin evi, oazis olmuş ərazisinə böyük hörmət və qayğı ilə yanaşır.

Al Mesilla Resort & Spa 152 heyranedici otaq, suit və premium villa təklif edir. Maksimal gizlilik və eksklüzivlik axtarışında olan qonaqlar üçün isə premium səviyyəli 30 villa mövcuddur. Bu villaların hər biri şəxsi basseynə, xidmət peronalına və ailəvi yığıncaqlar üçün mükəmməl olan qapalı yerlərə malikdir. Bu villalar, dəbdəbəli qonaqpərvərliyin yeni standartını müəyyən edərək, sakinlərinə mütləq gizlilik konsepsiyasını təqdim edən ilk hotellərdən biri olmuşdur.

Hotel, həmçinin, öz restoranları və istirahət zonaları ilə qonaqlarına rəngarəng kulinariya təəsuratları yaşatması ilə Dohada ad çıxarmışdır. Deli Kitchen restoranında səhər yeməkləri və cümə brançlarından, basseynin ətrafında yeləşən Wa’Ha resrotanında dadlı qəlyanaltılardan və içkilərdən həzz alın. Hotelin holunda fəaliyyət göstərən Al’ Amma istorahət məkanının naharsonrası çay dəstgahına baş çəkin. Axşam yeməyində isə bütün təamların istedadlı aşpazlar tərəfindən hazırlandığı Parisa və ya Taj Rasoi restoranlarına qastronimik səyahət edin.

Al Messila Resort & Spa hotelinin başqa hotellərdən fərqləndirən xüsusiyyətlərindən biri də, təklif edilən innovativ sağlamlıq təklifləridir. Hoteldə ərazinin ən böyük SPA mərkəzi yerləşir. Bundan başqa, qadınlar üçün ayrı və qadın və kişilər üçün birlikdə olan SPA mərkəzlər fəaliyyət göstərir. Bu mərkəz, regionda qadınlar üçün xidmət göstərən ilk sağlamlıq mərkəzi olaraq, kompleks terapiya üçün menyular və təbii müalicə üsullarını özündə birləşdirən çoxmərhələli konsepsiya təqdim edir. Hər bir proqram uzunmüddətli rifah və balansın təmin edilməsi üçün diqqət və ustalıqla tərtib edilmişdir. Proqramlar, alternativ müalicə üsulları, fərdi fitnes, qidalanma və s. üzrə ixtisaslaşmış istedadlı retrit koordinatorlar komandasının dəstəyi ilə ərsəyə gəlir.

SPA mərkəzdə 35 prosedur otağı, 3 terapevtik basseyn, tam təchiz edilmiş trenajor zalı, həmçinin fərdi məşq, spinninq və hərəkət studioları var. Hidrotermal komplekslərin tayı – bərabəri yoxdur. Bu komplekslər 3 mineral basseyndən və Dünya adlandırılan 4 hidrosağlamlaşdırıcı zonadan (Şərqi, Mistik, Mineral və Çiçəkli) ibarətdir. Zonaların hər birində olan flotasion rezervuar, bükmə çarpayıları, oksigen otaqları, Knayp gəzmə yolları, hamam və duz otaqları kimi unikal avadanlıqlarla birlikdə eksklüziv müalicəvi ərzaqlar və Al Messila – da yeganə olan müalicə protokolları qonaqlara təqdim edilir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Al Messila Resort & Spa, burada qonaqlayan ailələr üçün unudulmaz təəssüratlar yaratmağa can atır. Hotel kiçik qonalarına “Balaca tədqiatçılar klubu” adlanan böyük uşaq klubunu təqdim edir. Burada uşaqlara müxtəlif tədbirlər, əyləncələr, öyrədici fəaliyyətlər təqdim edilir və ailənin hər bir üzvünün hoteldə qonaqlamasından zövq alacağına zəmanət verilir.

Al Messila, a Luxury Collection Resort & Spa, Doha, sakitlik, dəbdəbə və rahatlığa qərq olmağa dəvət edir. İstisna xidməti, sağlamlıq proqramları və Qətərin təbii sərvətlərini qoruması sayəsində bu hotel regionda qonaqpərvərlik və füsünkarlıq mayakı hesab edilir.

Al Messila, a Luxury Collection Resort & Spa, Doha haqqında: Al Messila, a Luxury Collection Resort & Spa, Doha Qətərdə yerləşən, özündə dəbdəbənin, yaxşı əhval – ruhiyyənin və təbiət gözəlliklərinin vəhdətini ehtiva edən ilk Luxury Collection hotelidir. Hoteldə olan 152 dəbdəbəli otaq, lüks və premium səviyyəli villalar, xüsusi sağlamlıq mərkəzi və ailəvi istirahət üçün bütün rahatlıqlar, bağçalarla əhatə edilmiş bir sarayda bərqərar olmuşdur.