NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

GÖZƏLLİK BÖYÜK QÜVVƏDİR

Nigeriyanın Wodaabe qəbiləsində qədimdən bəri kişi gözəllik kultu mövcuddur. Güclü, həm də yaraşıqlı kişi hər il keçirilən xüsusi Qerevola bayramında öz gözəlliyini nümayiş etdirir. Bu bayram il ərzində əsaslı hazırlıq tələb edir: gözəllik kralı olmaq üçün namizədlər dişlərin və göz almacığının bəyazlığının qayğısına qalmalıdırlar. Necə? Yəqin ki, düzgün qidalanaraq və tez-tez pozitiv saçaraq, bu da yerli əhalidə çox yaxşı alınır.  Bəlkə də, bu qəbilədə hər kəs nikah bağı kimi bir anlayışın olmamasına görə xoşbəxtdir: ürəklərin və bədənlərin birləşməsi yalnız qarşılıqlı istəyə görə baş verir!..

Müsabiqəyə hazırlıq isə parlaq, koloritli makiyaj ilə başlayır. Burada yerli sarı və qırmızı minerallar kömək edir. Boya üz cizgilərini və burunun ensizliyini vurğulamalıdır. Bu xüsusiyyətlər bəyaz dişli təbəssüm və gözləri hər tərəfə döndərə bilmə bacarığı ilə yanaşı Wodaabe qadınları arasında yüksək qiymətləndirilir. Gözlərə daha ifadəli olması üçün kömür çəkilir. Saçlara da yetərincə diqqət yetirilir. Saç düzümündə mis və samandan bəzək əşyalarından, dəvəquşu lələklərindən istifadə olunur. Rəqs zamanı kişilərə kömək edən xüsusi bir içki də hazırlanır. Həmçinin müsabiqənin proqramına özünəməxsus transa girmək də daxildir, bu rahatlaşıb maksimum cazibədarlığı nümayiş etdirməyə yardım edir.

Şübhəsiz ki, kişi gözəlliyi kultu yerli kişilərin qadınlarla olan münasibətlərinə təsir edir, bəzilərində isə hətta bizim fikrimizə görə qəribə komplekslər yaradır. Təsəvvür edin ki, əgər Wodaabe kişisi özünün kifayət qədər gözəl olmadığını düşünürsə, öz yoldaşını daha cazibədar partnyor tapmağa məcbur edə bilər - bəlkə o, müsabiqənin gələcək qalibini dünyaya gətirər! Axı Wodaabe üçün gözəllikdən daha vacib heç nə yoxdur!

Foto: Aleksey Kolbov