NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

“Cartier” Madriddə yeni “BEAUTÉS DU MONDE” zinət əşyaları kolleksiyasını təqdim etdi.

“Cartier” Madridin qəlbində son yüksək zərgərlik kolleksiyası “Beautés du Monde”un təqdimatını qeyd edir.


Zinət Evini İspaniya ilə uzunmüddətli dostluq və sədaqət tarixçəsi bağlayır. Bu tarixçə 1904-cü ildə kral XIII Alfonsonun “Cartier” brendini rəsmi tədarükçü kimi kral orderi ilə təltif etdiyindən sonra başlayıb. Zinət Evinin arxivlərində 1920-ci ildə kraliça Viktoriya Yevgeniya üçün hazırlanmış və bu gün kraliça Letisiyanın taxdığı diademanın fotosu saxlanılır. 1927-ci ildə İspaniya məhkəməsinin üzvü tərəfindən əldə edilmiş əsrarəngiz saat hazırda “Cartier” kolleksiyasının bir hissəsidir.


O vaxtdan etibarən “Cartier” bütün İspaniyada parlayır. 1977-ci ildə Kalye-de-Serranoda “Les Must de Cartier” ticarət nöqtəsi açılıb və 1990-cı ildə məhz bu küçədə butik açılıb, 2003-cü ildə isə bu dəbdəbəli ticarət rayonunun qəlbindəki daha geniş guşəyə köçürülüb.
“El Arte de Cartier” sərgisi 2012-ci ildə “Museo Thyssen-Bornemisza” muzeyində “Cartier” kolleksiyasından 400-dən çox eksponat təqdim etmişdi. 2021-ci ildə Zinət Evi Madridin El-Retiro parkında “Casa de Vacas” mərkəzində öz dizayn pavilyonunu açıb: dizayna həsr edilən ekspozisiya ziyarətçilər üçün 3 həftə müddətinə davam etmişdi. Bu arada “Cartier”in “Galeria Canalejas” butiki Madridin yeni lüks, qastronomik nöqtəsində açılıb.


“Beautés du Monde High Jewellery” kolleksiyası Zinət Evinin gözəlliyin müxtəlifliyinə heyranlığını tərənnüm edir. Bu onu göstərir ki, “Cartier” gözəlliyi - dizayn, xətlərin gərilməsi, geometriya və abstraksiya vasitəsi ilə ötürülən təxəyyül ilə daha da qüvvətləndirməklə ona necə valeh olmağı yaxşı bilir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

The Exhibition, by Jaime Hayon
Victor et Simon © Cartier


Dünyanın gözəlliyini onu mühafizə etməklə izləmək və ən başlıcası, daim onu zənginləşdirmək: bu, Zinət Evinin fəlsəfəsinin hər zaman aşıladığı yüksək arzusudur. Sonuncu “Beautés du Monde High Jewellery” kolleksiyası buna imkan yaradır, sonradan onu dizayn, xətlərin gərilməsi, geometriya və abstraksiyaya keçən təxəyyüllə bəzəmək üçün “Cartier”in gözəlliyin müxtəlifiliyinə valehliyinin və “Cartier”in gözəlliyi seyr etmək dərəcəsinin sübutuna xidmət edir: parlaq boyunbağı boyunca qıvrılan mərcan rifi ilanlarları; geometrik matrisaya çevrilən iquana dərisi; kaleydoskopik halqanı üzə çıxaran çin pazlı.


İyunun 13-də “Cartier” Madriddə bu yeni kolleksiyanı onun parlaq dəbdəbəsini doğruldan şəraitdə açır. Sərgi “Beautés du Monde” kolleksiyasının birinci fəslinin 100-ə yaxın əşyasını, həmçinin “High Jewellery”, “Cartier Tradition” və “Haute Horlogerie” işlərinin nümunələrini təqdim edir. “Cartier” səhnə quruluşu üçün Səfirliyi – iki memar - ingilis B.S.Brayant və Madrid əsilli Luis Blanko-Solerin brutalist ruhunda olan radikal arxitekturanı seçib. Modernizm nümunəsi olan bu dairəvi konstruksiya arena formasından ilhamlanıb. Daxili həyətda fontan yerləşir, fasadın pəncərələri isə ənənəvi olaraq matadoru öküzdən qoruyan burladeronu xatırladır. 1966-cı ildə tamamlanan bina 2009-cu ilə qədər boş qalıb. İrsi qorumağa can atan “Cartier” Zinət Evi binanı tam təmir edib və o bu hadisə üçün nəhayət qapılarını açıb.


Səhnə qrafikasını “Cartier” madridli rəssam və dizayner Hayme Hayona etibar edib. İşıq mənbəyi ətrafında qurulan bu ardıcıllıqda rəng hər yerdə özünü göstərir, fəzanı bölən girdə tağların dizaynı mükəmməldir. Araşdırma etməyə, “Beautés du Monde” kolleksiyasını kəşf etməyə dəvət edən unikal səyahət.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Palacio de Liria
François Goizé © Cartier


Dünya gözəlliklərinin daha yaxşı bölüşmək üçün onun bütün formalarının müşahidəsi – iyunun 14-də “Cartier”in yeni yüksək zərgərlik kolleksiyası - “Beautés du Monde” şərəfinə keçirilən eksklüziv qəbulun mövzusu belə idi.


Gecə üçün dəbdəbəli fon qismində “Palacio de Liria” sarayı seçilmişdi. XVIII əsrə aid bu tarixi incəsənət məkanı İspaniyanın ən görkəmli ailələrdən biri olan XIX hersoq Albanın rezidensiyasıdır və bu yeni kolleksiya üçün yaradılan gözəlliyin müxtəlif interpretasiyalarına öz zəngin tarixi və gözəlliyini əlavə edib.


Unudulmaz tədbirə “Cartier” tərəfindən bu hadisəni qeyd etmək üçün dəvət alan Zərgərlik Evinin bir çox dostları arasında Qolşifte Farahani, Mariyakarla Boskono, Yara Şahidi, Vanessa Kirbi, JISOO, Byanka Brandolini, Virjini Efira, Emma Çemberlen, Milena Smit, Byanka Li, Florens Kasumba, Tara Emad və Kimberli Enn Voltemas da var idi.


Saray ziyarətindən sonra qonaqlar dizayner Arno Mayar və Alvaro Kastexon tərəfindən yaradılan “Maison Alvarno” kutyur şousunu da izləyə bildilər.


“Cartier”in prezidenti və baş direktoru Siril Vinyeron tərəfindən açıq elan edilən şam yeməyi üç Mişlen ulduzuna sahib ispaniyalı şef-aşpaz Xesus Sançes tərəfindən hazırlanmışdı. Gecə daha sonra xoreoqraf Blanka Linin çıxışı və səhərə qədər davam edən “Black Eyed Peas”in konserti proqramı ilə davam etdi.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Greg Williams © Cartier
François Goizé © Cartier

Victor et Simon © Cartier