SEVGİNİN BÜTÜN NÖVLƏRİNİ QEYD EDİRİK: “CARTIER”, “TRINITY” 100 İLLİK KAMPANİYASINA BAŞLAYIR!
“Trinity” 1924-cü ildə dünyaya gəlib. 100 il sonra isə “Cartier” bu ikonanın ildönümünü yeni kampaniya filmi ilə qeyd edir. “Trinity” sadəcə bir mücəvhərdən daha çox, birlik və müxtəlifliyin simvoludur.
“Trinity”nin bir-birinə bağlı halqaları ilə bağlanmış “Cartier” səfirləri Paul Meskal, JISOO, Yara Şahidi, Cekson Uanq və Labrinth sevginin bütün formalarını və sonsuz bağlantı növlərini təcəssüm etdirir: ailə, dostlar, sonsuzluq və qeyri-müəyyənlik.
Eynən “Trinity”nin üç halqası kimi, onlar müstəqil, eyni zamanda ahəngdar şəkildə hərəkət edərək, Labrintin müəllifi olduğu bir mahnının müşaiyəti ilə sonsuz bir mənzərənin içərisində irəliləyirlər. Bu orkestrin bir parçası kimi, bəstəkar onların səslərini bir araya gətirərək bizi qurduğumuz bağlantıların müxtəlifliyi üzərində düşünməyə dəvət edir.
“Yaratdığımız əlaqələr, dostluq, sevgi, ailə və ya digər hansı formada olursa olsun, bir bağ olduqda bizi bir-birimizə yaxınlaşdırır, bəzən bir ömürlük, bəzən də qısa bir müddətlik. Amma bu vacib o qədər də deyil... Həmin bağlantı bir dəfə yarandısa, bizi ömürlük bağlayacaq gücə malik olur”.
PAUL MESKAL
İrlandiyalı aktyor Pol Meskal həm səhnədə, həm də kamera qarşısındakı işinin detalları və həssaslığı ilə tanınır. “Normal People” filmində oynadığı roldan sonra o, Oskar mükafatlarında ən yaxşı aktyor nominasiyasına və bir çox başqa mükafatlara namizəd göstərilib.
“Mənim üçün “Trinity” dostluq, sevgi və xeyirxahlığı təcəssüm etdirir. Bu kampaniyanın bir hissəsi olmaq böyük bir şərəfdir" - Paul Meskal
JISOO
Debütündən etibarən JISOO, saysız-hesabsız uğurlara nail olmaqla dünyaca tanınan görkəmli bir sənətkar kimi ad qazanıb. “İnstaqram”da 77,6 milyondan çox izləyicisi olan bu qlobal pop ulduz tarix yazır və dünyanın hər tərəfindən bütöv bir nəsli bir araya gətirir: ən uğurlu qruplardan biri olan “BLACKPINK”in müğənnisindən tutmuş istedadlı və ikonik aktrisaya qədər.
"Mənim fikrimcə “Trinity” həyatımızın bir hissəsidir, müxtəliflik ilə əlaqəlidir və mənə bütün cəhətlərimi görməyə və yeni nəsilləri buna təşviq etməyə imkan verir." – JISOO
YARA ŞAHİDİ
Mükafatlar qazanmış amerikalı aktrisa, prodüser və ABC-nin “Emmy” və “Qızıl Qlobus”a namizəd göstərilmiş seriallarının əsas ulduzudur. O, tez bir zamanda özünü Hollivudda təsirli, çox yönlü və izlənməyə dəyər biri kimi tanıtmağı bacardı. Harvard məzunu həm də sosial fəaliyyətləri və aktivliyi, xüsusən də ekranlarda müxtəliflik uğrunda mübarizəsi ilə tanınır. 2023-cü ildə o, “Peter Pan and Wendy” filmində Tinkerbell rolunu canlandırmış və eyni zamanda icraçı prodüseri olduğu "Sitting in Bars with Cake" filmində rol almışdır.
"Trinity bağlantının və sevginin simvoludur və bu, şəxsən məni də ifadə edir, çünki bu yerə gəlməyim məni dəstəkləyən insanlardan hiss etdiyim dərin sevginin nəticəsidir." – Yara Şahidi
CEKSON UANQ
Musiqiçi, ifaçı, modelyer və yaradıcı direktor sosial şəbəkə platformalarında 97 milyondan çox izləyici toplayıb. O, “TEAM WANG”ın qurucusu və eyni zamanda iki il ardıcıl olaraq “Coachella”da çıxış edən ilk çinli sənətçidir.
“Ümid edirəm ki, hər kəs öz xoşbəxtlik və məmnunluq standartlarını tapa bilər. Mən isə özlüyümdə “Trinity” dəyərlərini ifadə edən emosional bağlantılar yaratmağa çalışıram." - Cekson Uanq
LABRİNTH
Labrinth ingilis müğənni, bəstəkar və prodüserdir. 3 dünyaca tanınmış uğurlu studiya albomu (Electronic Earth, Imagination & the Misfit Kid, Ends & Begins) buraxan Labrinth həm də “HBO”nun məşhur serialı olan “Euphoria”nın həm 1-ci, həm də 2-ci sezonu üçün bəstəkar kimi də fəaliyyət göstərib. O, bununla “Emmy”, “Ivor Novellos” və “Brits”dən mükafatlar almış, eləcə də bir çox “Grammy” nominasiyalarına layiq görülüb. Prodüser kimi Labrinth bir çox beynəlxalq səviyyədə tanınmış sənətkarlarla əməkdaşlıq edib, eyni zamanda Sia və Diplo ilə birgə LSD qrupunun da parçasıdır.
“Kollektiv şəkildə hiss etmək, sevmək və sənətlə məşğul olmaq həqiqətən heyrətamiz bir təcrübədir. Əməkdaşlığın özü, müxtəlif dünyalara qatılmaq və sənətini bölüşmək “Trinity”nin universallığının əsl simvoludur.” - Labrinth