NARGIS
Ru En
NARGIS MAGAZINE
HADİSƏLƏR

Cartier Bodrumda yeni butik açır

Cartier, Mandarin Oriental Bodrumda yerləşən yeni butikini açacağı haqqında Bodrumda dəbdəbəli açıqlama verdi.

Bodrum, Cartier – in qlobal pərakəndə satış məntəqələri arasında ən yenisi, Türkiyə Maison regional ekspansiyasiyasında isə dördüncüdür. Kristallik mavi sular və yaşıllıqlar arasında yerləşən Bodrum, həm yerli, həm də əcnəbi ziyarətçiləri cəlb edən təbiət möcüzəsidir.

“Bu gün, Türkiyədə yerləşən dördüncü butikimizi açmaq və bununla da ölkə ilə əlaqələrimizi gücləndirmək Maison üçün çox qürurvericidir. Gerçək inkişaf potensialı olan Türkiyə, möhtəşəm fürsətlər yeridir və bu butik, bizim ölkə ilə gələcəkdə də davam etdirilməsi nəzərdə tutulan, uzun - bir əsrdən çox zamana dayanan, münasibətmizin göstəricisidir”, Sophie Doireau, Orta Şərq, Hindistan, Afrika və Tükiyə üzrə Baş Direktor.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Bodrum, memarlıq və interyer dizaynının yerli çalarlarını nəzərə alaraq Maison kodlarını ifadə etmək üçün zəngin ilham mənbəyidir; butikin dekorları xəfif yaşıl tonlarla, toxunma parçalarla və yuvarlaq künclərlə bəzədilmişdir. Cartier ilə Bodrum arasında dialoq hər yerdə hiss edilir; toxunma həsir divar kağızları yerli sənətkarların yaradıcılığına xitab edir, ipək teksturalar şəhərin florasını və dəniz həyatını, vitrinlərin yuvarlaq kənarları isə sahilboyu çırpınan dalğaları təcəssüm edir. Bu xəyali məkanda Cartier – in zamansız Love, Juste un Clou və Clash de Cartier kolleksiyalarından olan nəfis incəsənət nümunələri toplanmışdır. İkonik modellərdən olan Panthère de Cartier istər qızıl, istərsə də brilliantlarla bəzədilmiş yuvarlaq pişik formaları ilə parlayan zaman, bəylər də Cartier – də öz zövqlərinə uyğun aksessuarlar tapa bilər. Santos de Cartier və Tank kimi şah əsəri olan saatlar, kiçik ölçülü dəri aksesuarlar və yazmaq üçün müxtəlif alətlər. Butikin çöl fasadının dizaynı ilhamını Bodrumun sahilyanında rast gəlinən yumşaq, yuvarlaq dalğaların qatlarından alır. Həmçinin, Cartier – in ikonik hədiyyə bağlaması da çox qatlılığı ilə tanınır. Nəticədə, Bodrumda keçirilən bir çox unudulmaz tətillərin bir hissəsini təşkil edən unikal bir məkan ərsəyə gəlmişdir.

“Yay mövsümündə dünyanın ən çox ziyarət olunan yerlərindən birində Cartier – in mövsümi butikinin açılmasına görə çox şadam. Bodrum, ölkə daxili və xaricindən gələn rəngarəng ziyarətçilərlə dolu canlı şəhərdir. Bu açılış, Türkiyənin hər bir nöqtəsində yerləşən müştərilərimizə göstərdiyimiz xidməti yaxşılaşdırmaq məqsədi daşımağımızda yeni mərhələyə qədəm qoymağımızın göstəricisidir” deyə, Nikolas Martin, Türkiyə üzrə idarə heytərinin sədri bildirdi.

Maison, nəfəs kəsici yeni butiki kəfş etmək üçün müştəriləri və ziyarətçiləri səbibsirliklə gözləyir. Bu, unudulmaz yay mövsümünün çox maraqlı başlanğıcı olacaqdır.

  •  
  •  
  •  
  •  
  •  
/