Kult italyan brendinin mağazasının açılışı hər kəsin yaddaşında parlaq təəssüratlar buraxdı.
Port Baku Mallda böyük ölçüsü, geniş çeşidi və orijinal dizaynı ilə seçilən yeni Dolce & Gabbana butikinin açılışı baş tutdu.
Gözəl Dilarə Kazımovanın canlı ifası və Dj Panchonun musiqisi ilə başa çatan açılış gecəsində seçilmiş müştərilər, pressa, inflüenserlər, o cümlədən, Nigar Qəhrəmanova, Emil Axundov, Müjgan Qafarzadə, Elçin Əmirov, Goldynana, Beyondtheage və bir çox digər qonaqlar eleqant və parlaq Dolce&Gabbana geyimlərində iştirak etdilər.
Tədbir boyu qonaqlar mövsüm üçün “must-have” olan idman ayaqqabılarını da ala bildilər. Unudulmaz xatirə bəxş etmək üçün butik idman ayaqqabılarını qonaqların və müştərilərin istəklərinə uyğun olaraq fərdiləşdirmək üçün unikal imkan təqdim etmişdi.