TƏSİRİ YALNIZ MODA İLƏ MƏHDUDLAŞMAYAN TƏRZ İKONASI LEYLA BAĞIRLINI TƏQDİM EDİRİK. İNFLUNSER VƏ ÖZ FƏRQLİ İSTEDADI İLƏ TANINAN LEYLANIN 2000-Cİ İLLƏRİN QIŞ MODASI İNTERPRETASİYASI ONUN ÖZÜNƏMƏXSUS TƏRZ ANLAYIŞININ VƏ HƏRTƏRƏFLİ YARADICILIĞININ GÖSTƏRİCİSİDİR.
Jaket “COLLUSION”, üst geyim “COLLUSION”, ətək “SAFARLY DESIGN”,
çəkmələr “STRADIVARIUS”, gün eynəyi “RAY-BAN”
LEYLANIN HEKAYƏSİ
Uşaqlıqdan bəri özümü geyimimlə ifadə etmək mənim üçün kimliyimi müəyyən edən bir xüsusiyyət olub. 12 yaşım olarkən mən artıq şüurlu şəkildə öz seçimlərimi edə biləcək bacarığa sahib idim. Bu dövr, mənim “vintage” mağazaları kəşf etməyə başladığım dövr idi, hansı ki, həmin vaxt bu cür mağazalar hələ əsas trendə çevrilməmişdi. Böyük ölçülü geyimləri və enli şalvarları geyinməyə başlayaraq, özümə xas olan bir tərz ilə seçilirdim. Bu görünüşüm indiki dövr üçün normal sayıla bilər, lakin o vaxtlar başqalarına bu tip geyimlər o qədər də rahat gəlmirdi. Bununla belə, mənim üçün prioritet həmişə başqalarının fikirlərindən çox, özümün həmin geyimlərdə necə hiss etdiyim idi. Tədricən baş verən bu keçid mənim illər boyunca dəyişməyən və məni əks etdirən, özümə xas stilimin əsasını qoydu.
Jacket vintage, top IETS FRANS, pants IETS FRANS, trainers CONVERSE, hat ADIDAS, sunglasses VINTAGE |
xəz palto “VINTAGE”, üst geyim “H&M”, ətək “VINTAGE”, çəkmələr “STRADIVARIUS”, papaq “VINTAGE”
16 yaşım tamam olanda ön plana çıxan moda trendlərinin də təsiri ilə öz kimliyimi bir daha kəşf etməyə cəhd etdim. Hündürdaban ayaqqabılar, dar ətəklər və o zamanlar dəb sayılan paltarları geyinməyə başladım. Bununla belə, cəmiyyətin standartlarına uyğunlaşmaq üçün bir neçə cəhd etdikdən sonra başa düşdüm ki, başqaları ilə eyni cür geyinmək mənim tərzim deyil. Müəyyən mənada mən 2000-ci illərdən ilhamlanan xüsusi tərzimə geri qayıtdım. Bu gün mənim əsas üstünlük verdiyim geyimlər cari qlobal moda trendləri ilə çox yaxşı uyğunlaşır, amma eyni zamanda həmişə kimliyimi təcəssüm etdirən toxunuşlar da edirəm. Mən özümü kəşf etmək üçün çıxdığım səyahətə heç bir məhdudiyyət qoymuram, qarşıdakı illərdə tərzimin necə dəyişəcəyini təxmin edə bilməsəm də, seçimlərimi həmişə hisslərim və daxili intuisiyam əsasında təyin edəcəyimə əminəm.
|
|
Pencək vintage, paltar ZARA, çəkmələr ZARA
Palto “COLLUSION”, geyim dəsti “H&M”, papaq “URBAN OUTFITTERS”,
xizək “GOSPORT”, çəkmələr “GOSPORT”
"HEÇ VAXT HƏR KƏS KİMİ GEYİNMƏ"
Jaket “COLLUSION”, üst geyim “COLLUSION”, ətək “SAFARLY DESIGN”,
çəkmələr “STRADIVARIUS”, gün eynəyi “RAY-BAN”
XİZƏK VƏ QAR ÇƏKMƏLƏRİ “GOSPORT BAKU” @GOSPORTBAKU
MAKYAJ SƏİDƏ NAĞIYEVA @STYLE_BY_SAIDA_NAGIYEVA
SAÇ SEVİNC AĞAKİŞİYEVA @SEVAGAKISHIIYEVA