NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Inside two of Africa's biggest slums

Bu foto-reportaj Keniyanın Nayrobi bölgəsində yerləşən, Afrikanın ən böyük iki – Dandore və Koroqoço gecəqondularına humanitar missiya əsnasında çəkilib. Komandamız bu layihəni kimsəsiz uşaqlara təhsil və tibbi yardım almağa kömək etmək məqsədilə həyata keçirmişdir. Belə ki, bütün görülən işlər gələcəkdə onların gettodan ayrılmaq, azad yaşamaq və həyatda nə işlə məşğul olmağı özlərinin qərarlaşdırmaq imkanlarının olması üçündür.



Gettoda yaşamaq çox çətindir. Yemək, su və normal yaşayış şəraiti yoxdur. Burada anti-sanitariya hökm sürür, bu da QİÇS, hepatit, malyariya və koronavirus kimi sağalmaz xəstəliklərin yayılmasına səbəb olur. Hər şey qanqsterlər tərəfindən idarə olunur, buna görə cinayət nisbəti çox yüksəkdir. Dünyada ən yüksək işsizlik göstəricisi buradadır – təxminən 80% təşkil edir. Məhəllələrdə əmin-amanlıq yoxdur, həyatda qalmağın yeganə yolu isə gecəqondunun ortasında yerləşən zibilxanada səhərə kimi çılpaq əllərlə bir-iki qəpiyə satmaq üçün dəyərli bir şey axtarmaqdır. Çoxları bunu çiyinlərinə bağlanmış uşaqla edir.


​​​​​


Statistika bizə tamamilə fərqli bir şey söyləyir. O, üçüncü dünyadakı insanların birinci dünyadakı insanlardan emosional olaraq daha xoşbəxt olduqlarını təsdiq edir. Heç bir maddi sərvətə sahib olmayaraq, onlar hamı üçün əlçatan olan həyat dəyərlərini qətiyyətlə mənimsəyiblər. Birinci və üçüncü dünya arasındakı hər hansı bir əlaqə həyatda həqiqətən vacib olanı xatırlamağa kömək edəcək. Onlara isə bu, öz növbəsində ən yüksək yoxsulluq səviyyəsinə səbəb olan 400 illik müstəmləkəçilikdən sonra Afrikanın ayağa qalxması üçün lazımi dəstəyi tapmağa kömək edəcək. Onlara əcdadlarımızın etdiyi səhvləri düzəltməyə kömək etmək üçün hər gün əlimizdən gələni edərək daha yaxşı bir dünya qura bilərik. – N