
Azərbaycanda ilk dəfə coffeeshop-lar arasında keçirilən Qəhvə Çempionatı uğurla baş tutdu – “Azerbaijan Coffee Cup 25”
5 aprel 2025-ci il tarixində Sea Breeze Event Hall məkanında Azərbaycanda ilk dəfə olaraq “Azerbaijan Coffee Cup 25” adı ilə qəhvə məkanları (coffeeshop-lar) arasında milli çempionat uğurla təşkil olundu. Çempionatın təşkilatçısı Azərbaycanın yerli qəhvə istehsalçısı olan Baristica MMC olmuşdur. Bu mühüm tədbir ölkənin müxtəlif bölgələrindən gələn peşəkar baristaları, qəhvə həvəskarlarını, sənaye nümayəndələrini və beynəlxalq qonaqları bir araya gətirdi. Çempionat ölkəmizdə qəhvə sənayesinin inkişafına və barista mədəniyyətinin təşviqinə mühüm töhfə verdi.
Çempionatın əsas məqsədi – yerli baristaların peşəkar inkişafını dəstəkləmək, onların yaradıcılığını nümayiş etdirmək, eləcə də qəhvə mədəniyyətini geniş ictimaiyyətə tanıtmaq idi. Yarışma eyni zamanda bu sahədə fəaliyyət göstərən şəxslər və müəssisələr üçün yeni şəbəkələşmə imkanları yaratdı.
Çempionatda 15 aparıcı qəhvə məkanı və onların komandaları iştirak edərək komanda işi, müştəri xidməti, avtor içki təqdimatı və səhnə performansı kimi meyarlarla qiymətləndirildilər. Hər bir komanda: - “Baristanın bir günü” mövzusunda təqdimat videosu təqdim etdi - İki avtor içki – biri isti, biri soyuq – hazırlayaraq qəhvə haqqında konsepsiyalarını və texniki bacarıqlarını təqdim etdilər - Performans üçün 15 dəqiqəlik çıxış müddəti aldılar.
Tədbirin açılış hissəsində bir sıra rəsmi və nüfuzlu qonaqlar iştirak etdilər: Fərhad Hacıyev - Gənclər və İdman nazirinin müavini, Orxan Məmmədov - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, Emin Dostiyari - Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri, Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz - Braziliyanın Azərbaycandakı səfiri, Rüstəm Baqautdinov - Baristica MMC-nin direktoru və tədbirin əsas təşəbbüskarı.
Təqdimatlar beynəlxalq səviyyəli mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi: - Alireza Razzaghzadeh – AST təlimçisi, SCA çempionu ( Türkiye, Gaziantep) - Nikolay Strelnikov – Russian Barista layihəsinin yaradıcısı, AST təlimçisi ( Russiya, Sankt - Peterburg) - Daria Bekasova – CQI və SCA mütəxəssisi ( Russia , Moskva ), Kevser Atmaca - dünya çempionatlarının hakimi və mükafatçısı ( Türkiye, Gaziantep), Orkun Ustel - çempion və beynəlxalq hakim ( Türkiye,İstanbul), İrina Sharipova - AST təlimçisi, Q Grader - köməkçi instructor ( BƏƏ , Dubay ), Ramil Rzayev – Floo Family-nin baş barmeni, “Coffee & Alcohol” çempionatının qalibi ( Russia, Moskva), Natali Qorşkova - çempion və Kookabura Coffee nümayəndəsi ( Türkiye, İstanbul) Qiymətləndirmə 180 ballıq sistem üzrə aparıldı və aşağıdakı əsas kriteriyalara əsaslanırdı: - Qəhvənin balansı, dadı, təqdimatı və vizual görünüşü - Komanda ruhu və səhnədə peşəkar davranış - Zero waste yanaşması və yaradıcı konsepsiyalar.
Qaliblər:
1-ci yer — Coffee Hub / Komanda üzvləri: Qəmər Hüseynova, Aysel Əliyeva, Məmədəğa Qurbanzadə
2-ci yer — Baristica / Komanda üzvləri: Fərhad Təymurov, Səma İlyaslı, Səriyyə Həsənova
3-cü yer — CoffeeLin / Komanda üzvləri: Asif Hacıyev, Sadiq Əliyev, Aqil Əmrahov
Qaliblərə Sanremo CUBE espresso aparatları, HOSTMilano 2025 sərgisinə səyahət, qəhvə aksesuarları və digər hədiyyələr təqdim olundu.
Tədbirdə təxminən 250 ziyarətçi iştirak etdi.
Onların sırasında: - Nargis jurnalı - İTV kanalı - Azərbaycanın qəhvə bloqerləri və sənaye mütəxəssisləri də vardı.