Artıq uzun müddətdir ki, bütün dünyada sağlam qidalanma trendi hökm sürür. Çaşqınlıqda qalsanız və nə zamansa sevdiyiniz sadə reseptlər artıq sizə həzz verməzsə, nə etmək lazımdır? Bu zaman Slim Diet sizin köməyinizə çatacaqdır - Azərbaycanda sağlam qidalanma sənayesində öndər. Slim Diet – in brend meneceri və baş direktoru Teymur Ağayev ilə birlikdə, siz konsepsiyanın yaradılma tarixini və bu sağlam qidalanma brendinin uğuruna səbəb olan yollar haqqında öyrənəcəksiniz.
Slim Diet – in yaradılma hekayəsi necədir?
Hər şey, kiçik insan kütləsinin “arıqlamaq hələ, dadlı yeməkdən vaz keçmək deyil” fikri ilə başladı. Slim Diet yarandıqda Azərbaycanda bu cür şirkətlərin sayı az idi. Brendin təsis edilməsi üçün biz, gücümüzü qidalanma məsələlərindən başı çıxan sərmayəçilər, marketoloqlar və həkimlərlə birləşdirmişdik. Bizim əsas məqsədimiz sadə idi: yalnız sağlamlıq üçün faydalı olan pəhriz yeməkləri deyil, həm də dəbli restoranlarda olduğu kimi, dadlı və gözəl görünən yeməklərin hazırlanması olub. Menyuların tərtibatı zamanı bizə, energetik zəngin yeməklərdə, sağlam qidalanmada və idmançılar üçün yeməklərin hazırlanmasında ixtisaslaşmış şef – aşpazlar kömək göstərmişdilər.
Slim Diet pəhrizin hansı növlərini təklif edir?
Bizdə ən müxtəlif tələbatlara cavab verən bir çox proqramlar mövcudur. Əgər siz, balanslaşdırılmış qidalanma planının köməyi ilə bir neçə killoqram çəki vermək, qida maddələrinin və kalorilərin optimal birləşməsi ilə maraqlı nəisə istəyirsizsə və ya keto pəhrizlə maraqlanırsınızsa biz sizə kömək edə bilərik. Bundan başqa, əgər siz detokslaşmanı sevirsinizsə, bizdə meyvələr, tərəvəzlər və superfudlardan hazırlanmış smuzilər də mövcuddur.
Slim Diet məhsullarının yüksək keyfiyyəti və təhlükəsizliyini necə təmin edirsiniz?
Biz təhlükəsizlik və keyfiyyətin qeydinə qalırıq. Bizim mətbəx personalı müntəzəm tibbi baxışdan keçir, inqredientlər isə yalnız Azərbaycan və Avropada olan ən yaxşı, sertifikata malik olan təçizatçılardan alınır. Hazırlandığı andan sizə çatdırılan vaxtacan, qidanın təravət və təhlükəsizliyinin qorunması məqsədi ilə hər bir qutu xüsusi texnologiya vasitəsi ilə qablaşdırılır.
Slim Diet – in inkişafı ilə bağlı hər hansı planlarınız varmı? Məslən yeni filialların və ya kafenin açılması kimi.
Yaxın zamanda biz çox gözəl funskiyalara malik proqramın dövriyyəyə buraxılmasını planlaşdırırıq. Bu proqram sayəsində süni intellektin istifadəsi ilə statistika əsasında ən uyğun qidalanma planının seçilməsi mümkün olacaqdır. Bundan başqa, biz, həm Azərbaycan, həm də qonşu ölkələrdə franşizaların köməyi ilə Slim Diet şəbəkəsinin genişləndirilməsinin üzərində işləyirik.
Sağlam qidalanma kafelərinin hər gün daha da çox populyarlaşdığı zamanda, Slim Diet öz məşhurluğunu necə qoruyur və müştərilərini necə saxlayır?
Biz uzun illərdir fəaliyyət göstəririk, buna görə də insanlar bizi kifayət qədər yaxşı tanıyır. Məşhurların, blogerlərin və digər tanınmış şəxsiyyətlərin öz qidalanmasını bizə həvalə etməsi onların bizə olan etibarının göstəricisidir.
Slim Diet – i bu tip şirkətlərdən fərqləndirən nədir?
Biz, bu fəaliyyət sahəsində ilkinlərdənik, buna görədə standartları biz müəyyən etmişik. Başqaları bizi kopyalamağa çalışsa da, biz, ərzaq məhsullarının yüksək keyfiyyəti, balanslaşdırılmış qidalanma və rəngarəng menyu ilə, həmçinin dünya mətbəxindən olan yeməklərin sağlam rasiona daxil edilməsi ilə tanınırıq.