NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

О

Top və şalvar Dolce &Gabbana, gödəkçə Saint Laurent, kəmər Chanel, zinyət əşyaları Copine

Jurnalın İyul sayının stil ikonu olmaqdan qurur duyuram. Adım Tünzalə Bakıxanovadır və mən, hər zaman dəbin özünü ifadə üçün güclü vasitə olduğunu hesab etmişəm. Mənim karyera yolum müəllim kimi professional hazırlıqla başlasa da, tezliklə əsl tutqumun gözəllik sənayesi olduğunu anlamışdım. Bu gün mən, qadınlara, estetik əmin – amanlığa dəstək göstərilməsi üçün fəaliyyət göstərən və mənim gözəllik uğrunda atdığım addımları karyeraya çevirən xüsusi komandanın rəhbəriyəm. Mənim stil fəlsəfəm həm dərindir, həm də ruhlandırır: mənim üçün stil, individuallağı vurğulamaq üçün vacib vasitədir. Mənim özüməməxsus dəb hissim – şərq motivləri ilə sərhədsiz azadlıq duyğusunun heyrətamiz vəhdətidir. Bu harmonik birləşmə diqqət və heyranlıq yaradan xüsusi estetikanı əmələ gətirir. Mən ilhamı, Miuçça Prada, Pyetro Loro Piana, Dior və Valentino kimi tanınmış dizaynerlərdən almışam. Mən həmçinin daimi ikona olan Sofi Loren, Romi Şnayder və Ceyni Birkin kimi zərifliyi, eleqantlığı və zamansız gözəlliyi təcəssüm edən bu şəxslərə heyranlıq duyuram. Bu mənim hekayəmdir – dəyişiklik və tutqu hekayəsi.

Top Chanel, cins Dolce &Gabbana, qolbaqlar Tiffany & Co.

Don Beauty Omelette, qolbaqlar Tiffany & Co.

Top və şalvar Dolce &Gabbana, ayaqqabılar Dolce &Gabbana, zinyət əşyaları Copine

Tulum Urban Muse, ayaqqabılar NEW BALANCE, çanta Miu Miu, günəş eynəyi Vehla


Kostyum Beymen Collection