Başqa materiallardan fərqli olaraq plastik material bioparçalanmaya məruz qalmır. Onun parçalanması 1000 ilədək zaman tələb edir. Bu çirklənmə dəniz canlılarını məhv edir, torpağa ziyan vurur və yeraltı suları zəhərləyir, bundan başqa insanlarda ciddi sağlamlıq problemlərinə yol aça və gələcək nəsillərə daha çox toksinlərin ötürülməsinə səbəb ola bilər. Hər il 280 milyon tonndan artıq qısa ömürlü plastik məhsullar tullantıya çevrilir. Bu məqalə, oxucularımıza mesaj verir ki, gələcək nəsillər naminə daha çox təbiət dostu olaraq davranmağa başlasınlar. Biz burada sadəcə müvvəqqəti qonaqlarıq və unutmamalıyıq ki, sabahımız bu günümüzdən asılıdır. Bu gün gündəlik vərdişlərimizi dəyişməsək, uşaqlarımızın gözəl, parlaq gələcək yaşayacağına ümid edə bilmərik.
Plastikin azaldılması üçün nə edə bilərik?
Plastik çirklənmə böhranının sistemli islahatlara ehtiyacı olsa da, fərdi seçimlər böyük fərq yarada bilər.
İmkan daxilində birdəfəlik plastik məhsullardan istifadə etməməyi vərdişə çevirmək lazımdır. Plastik paketlərdən istifadə etməmək üçün ərzaq mağazalarına getdiyinizdə özünüzlə çantalar götürün, daha az plastik qablaşdırma və nəqliyyatdan istifadəni tələb edən yerli və mövsümi qidalara üstünlük verməyə çalışın. Həddindən artıq qida qablaşdırmasından uzaq durun (onlar Yer kürəsi və insanlar üçün zərərlidir).
Qazlı içkilər, şirələr və digər plastik qablaşdırmada istehsal olunan içkilərdən imtina edin.
Kağız torbalara qablaşdırılmış və ya qablaşdırmasız çörəklərə üstünlük verin.
Plastik qablaşdırmalarda satılan su almayın.
Mikroqranulları boykot edin.
Daha çox evdə yemək bişirib yeməyə üstünlük verin.
Daha çox ikinci əl əşyalar alın (1995 – ci ilin geyimini geyinmək sizi dəbli və özünəməxsus göstərəcək).
Təbii liflərdən hazırlanmış paltarlar alın.
Bir şirkətin qablaşdırma mövzusunda daha ağıllı ola biləcəyinə və daha az plastik istifadə edəcəyinə inanırsınızsa, səsinizi eşitdirin. Onlara e-poçt göndərin, sosial mediada etiketləyin və bu həssas mövzunu qabardın. Hər birimiz həllin bir hissəsiyik, ona görə də təkrar emala üz tutun. Kiçik vərdişlərimiz böyük təsir göstərir. Daha yaxşı insan olun.