NARGIS
Ru En
NARGIS MAGAZINE
Reportaj

Yayın oyanışı

Bakıda adi, sıradan bir yay səhəri necə açılır? Günəş, otağı parlaq işığı və istiliyi ilə doldurur. Pəcərədən həzin meh əsir. Küçələrdə insanlar işə tələsir, qadınlar isə ev təmizliyi ilə məğul olur və yuyulmuş paltarları asırlar. Uşaqlar istirahətdən həzz alaraq, ətrafda sevinclə qaçışırlar. Əgər yayın ən qızğın vaxtıdırsa, səhər çimərlikdə açılır...dodaqlarda dənizin duzlu təmi, səhər yeməyində isə qarpız, pendir və şirin şirəli giləmeyvələr. Qum, sizə dünyanın ən xoşbəxt insanı olduğunuz hissini bəxş edərək gözünüzə düşə və ya səndəllərinizin altında xırçıldaya bilər.