Visionnaire Bakıda – dizayn və dəb – dəbənin inkişaf etdiyi paytaxtda – özünün yeni monobrend mağazasını açır.
3 oktyabr tarixində Visionnarie Bakıda, Albert Aqarunov 8b ünvanında yerləşən yeni monobrend mağazasının açılışını qeyd etdi. Açılış ənənə və innovasiyanı məharətlə birləşdirmək bacarığı ilə hər zaman seçilən brendin beynəlxalq genişlənmə strategiyasında mühüm addım oldu.
Visionnaire beynəlxalq səviyyədə qəbul edilmiş meta – dəbdəbəli brendlərdən biri kimi tanınır. Bu yaxınlarda Bakıda açılmış monobrend öz dəyərlərini ali İtalyan sənətkarlığının dəyərləri ilə yanaşı təqdim edir. Mağazanın layihəsi dünyaca məşhur memar və dizaynerlərinlərin işləri ilə ideal balanslaşdırılmış müasirlik, unikallıq və təbiət elementlərini ehtiva edir.
“Bakıda etdiyimiz bu yeni açılışla əlaqədar – Leo Kavalli, baş direktor və həmtəsisçi, deyir – Visionnarie nəinki öz mövqeyini böyük potensialla möhkəmləndirir, həm də bütün dünyaya meta – dəbdəbə konsepsiyasının ixracı missiyasını möhkəmləndirir. Bu missiyamızı biz, əsl incəlik və zamansız estetika manifesti olan sərgi məkanlarımız vasitəsi ilə həyata keçiririk”.
Sərgi salonu şəhərin prestijli mərkəzi rayonunda yerləşən müasir binanın birinci mərtəbəsində qərarlaşıb. Salonunun konsepti – brendin son iki kolleksiyasının: Volare və Nomandın kolleksiyalarının dizaynına verilən dəyərdir. Burada müxtəlif mədəni istinadlar arasında olan təzadlar ahəngdar şəkildə balanslaşdırılmışdır.
Visionnarie – nin bu yeni sərgi məkanında peşəkarlıq və innovasiyanın mükəmməl təcəssümünü ifadə edən, brendin fərqli xüsusiyyəti olan, seçmə sənətkarlıq nümunələrinin toplusunu təqdim edir. Sərgi salonunun parlaq eksponatları arasında – Alessandro La Spada – dan olan mərmər və metal heykəl əsaslı Kerwan masası dizaynın şah əsəridir. Bu sənətkarlıq nümunəsi axıcılıq və təbiətin gücü ilə assosiasiyalar yaradır və masanın üzəri onun möhtəşəmliyini ifadə edən dəyərli mərmər üst hissə ilə tamamlanır. Alessandro la Spadadan olan çarpayının yuvarlaq formaları rahatlıq və eleqantlığın vəhdətini təcəssüm edərək yataq otağında füsünkar və qonaqpərvər ab – hava axtaranların zövqünü oxşayır. Ofis hissəsi üçün Stiv Leung – dan olan Jet Plane gözə çarpır. Bu, özündə funksionallıq və tərzi təcəssüm edən, müasir və dəb – dəbəli dəri örtüklü və metallik detallı mebel sistemidir. Qonaq otağında Mauro Lipparini – dən olan Bastian divanı və Alessandro La Sapdadan olan Babylon Rack divanı rahatlığın iki təfsirini təqdim edir: birinci parlaq, yumşaq və rahat xəttləri ilə istirahətin qeyri – rəsmi anları üçün uyğundur, digəri isə öz modullu quruluşu və metallik detalları ilə müasir eleqantlığı sevənlərin zövqünü oxşayır.